DÜNYA
Honkonqda vergi güzəştlərinin tətbiq olunması müzakirə edilir
Bakı, 28 iyul, AZƏRTAC
Honkonqda kiçik və orta biznes üçün vergi güzəştlərinin, eləcə də tədqiqat və inkişaf sahəsində çalışan şirkətlər üzrə vergi çıxılmalarının tətbiqi məsələləri nəzərdən keçirilir.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, hökumətin verdiyi açıqlamaya görə, “Vergi siyasətinin yeni bölməsi” vergi islahatlarının tərkib hissəsini təşkil edir. İlkin məlumatlara əsasən, gəlir vergisinin ikisəviyyəli sistemini tətbiq etmək təklif olunub.
Belə ki, illik gəliri 256 min ABŞ dollarından az olan şirkətlər 10 faiz dərəcə üzrə vergi ödəyəcəklər. Hazırda isə bu göstərici 16,5 faiz təşkil edir.
Xəzinadarlığın katibi Ceyms Lau bildirib ki, əcnəbi işçilərə tətbiq olunan verginin sadələşdirilməsi, həmçinin ikiqat vergitutmanın və maliyyə cinayətlərinin qarşısının alınması üzrə informasiyaların mübadilə edilməsi ilə bağlı Çin hökuməti ilə danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]