İQTİSADİYYAT


Honkonqun logistika operatoru Azərbaycanda fəaliyyətini genişləndirə bilər

Bakı, 16 iyun, AZƏRTAC

Honkonqun logistika operatoru "Kerry Logistics Network Ltd." şirkəti MDB ölkələri və Mərkəzi Asiyada fəaliyyətini genişləndirəcək.

AZƏRTAC "TASS" agentliyinə istinadla xəbər verir ki, şirkət MDB ölkələrində geniş şəbəkəyə malik olan Qazaxıstanın "Globallink" nəqliyyat-logistika şirkətində pay alacaq.

"Kerry Logistics"in açıqlamasında bildirilib ki, anlaşma onun Mərkəzi Asiya və MDB ölkələrində əməliyyatlarının inkişafına kömək edəcək, operatora böyük potensiala malik olan yeni bazarlara yol açacaq. İnvestisiyaları "Kerry Logistics"ə fəaliyyətini Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Gürcüstan və Ukraynada genişləndirməyə şərait yaradacaq.

"Kerry Logistics"in rəhbəri Uilyam Ma bildirib ki, şirkət bir tərəfdən Çindən Mərkəzi Asiya və Avropaya avtomobil, dəmir yolları və multimodal yük daşımaları xidmətini göstərən yerüstü şəbəkəsinin inkişafını davam etdirəcək, digər tərəfdən isə layihə logistikası sahəsində təcrübəsini artıracaq.

Logistika şirkəti Çin və Avropanı birləşdirən yeni dəmir yolları xidmətlərini reallaşdırdıqdan sonra MDB məkanına sərmayə yatırmağa başlayıb. Ötən ilin avqust ayında şirkət Çinin şərqindəki İu şəhəri ilə Madrid arasında konteyner qatarı buraxıb. 2017-ci ildə isə İunu Londonla birləşdirən marşrut işləməyə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.