SİYASƏT


Horadiz Sərhəd Dəstəsinin şəxsi heyəti Dövlət Müstəqilliyi Gününü qeyd edib

A+ A

Horadiz, 14 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamı ilə əlaqədar Dövlət Sərhəd Xidmətində (DSX) tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən DSX-nin bütün hərbi hissə və bölmələrində dövlət müstəqilliyinin bərpasının ildönümü təntənələri mərasimlərlə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, DSX-nin Horadiz Sərhəd Dəstəsində ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müstəqillik tarixinə nəzər salınıb, ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyinin qorunub saxlanılmasında xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb.

Bildirilib ki, müstəqillik yolunda inamla irəliləyən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyat yaradılıb, dövlət quruculuğu prosesinin bütün sahələri üzrə böyük nailiyyətlər əldə edilib. Respublikamız Cənubi Qafqazın ən güclü və modern dövlətinə çevrilib.

Çıxışlarda qeyd edilib ki, ölkəmizin regionda və dünya birliyində nüfuzu artdıqca sərhədlərimizin daha möhkəm qorunması, təhlükəsizliyin təmin olunması daha böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sərhədlərin mühafizəsi işini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı sərhədçilərlə mütəmadi görüşür, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanır, sərhədlərin mühafizəsi işinin təkmilləşdirilməsi və beynəlxalq standartlar səviyyəsinə qaldırılması üçün müvafiq qərarlar verir. Bütün bunlar DSX-nin fəaliyyətində əsaslı dönüşə səbəb olub. Hazırda yeni sərhəd infrastrukturunun yaradılması, müasir texnika və avadanlıqlarla təminat, təkmilləşdirilmə prosesləri uğurla davam etdirilir.

Çıxış edənlər DSX-nin şəxsi heyətinin ölkəmizin sərhəd mühafizəsinin səviyyəsini daim yüksəldəcəyinə, xalqımızın və dövlətimizin qazandığı bütün uğurların, o cümlədən müstəqilliyimizin keşiyində həmişə layiqincə duracağına əminlik ifadə olunub.

Tədbir konsert proqramı ilə davam edib, şəxsi heyət üçün bayram süfrəsi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.