REGİONLAR


Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış daha bir küçə yenidən qurulub

A+ A

Füzuli, 22 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış və yandırılmış daha bir küçə - Qurban Namazəliyev küçəsi yenidən qurulub. Küçəyə yeni asfalt örtüyü və səkilər salınıb, istinad divarları hörülüb, müasir işıqlandırma sistemləri quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, Qurban Namazəliyev küçəsinin açılışı münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev rayonda gedən sosial-iqtisadi inkişafdan, aparılan geniş tikinti-quruculuq işlərindən danışıb.

Bildirilib ki, düşmənlə bir neçə addımlıqda yaşayan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Son illər Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 7 küçə yenidən qurulub. Ümumi uzunluğu 15 kilometrdən çox olan həmin küçələrə yeni asfalt örtük və səkilər salınıb, yeraltı elektrik kabelləri çəkilib, yeni divarlar hörülüb, 5 mindən artıq həmişəyaşıl ağacı əkilib, işıqforlar qoyulub, geniş abadlıq işləri görülüb. Küçələrin təmizliyi, səliqə-sahman işləri daim diqqət mərkəzində saxlanılır.

Bu gün Füzuliyə gələn hər bir qonaq artıq müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin, abadlığın şahidi olur, insanların xoş günlərinə sevinirlər.

Mərasimdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.