REGİONLAR
Horadizdə sahibkarlıq subyektləri üçün treninq keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də İqtisadiyyat Nazirliyi tərəfindən Horadiz şəhərində sahibkarlıq subyektləri üçün növbəti interaktiv treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninqdə iştirakçılara ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi və təsdiqedici sənədləri, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib. Bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilərək praktiki məşğələlər vasitəsilə nümunələr göstərilib.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.