DÜNYA
Harvard tədqiqatçıları: Saf suyu tələbatdan artıq qəbul etmək olmaz
Baki, 4 avqust, Elşad Qəzvini, AZƏRTAC
Saf su mayesini həddən artıq qəbul etmək də yolverilməzdir. Belə bir qənaətlə məhşur Harvard Universitetinin tədqiqatçıları çıxış ediblər.
AZƏRTAC “Fokus-online” portalına istinadla xəbər verir ki, hər bir insan gün ərzində 2 litr miqdarında su qəbul etməlidir.
Elm adamları xəbərdar edir ki, gün ərzində içilən suyun miqdarı saf su və həm də qida ilə birlikdə cəmi 2 litr təşkil etməlidir. Bildirilir ki, insan kifayət qədər mayeni həm də meyvə, tərəvəz və şorba yeməkləri ilə də qəbul edir.
Lakin istisna hallarda, yayın qızmar istisi müşahidə olunduğu zaman mayenin qəbulunu artırmaq məsləhətdir. Ümumilikdə saf su bir nəfəsə və göstərilən miqdardan artıq içilməməlidir.
Araşdırmaçı alimlərin fikrincə, hər kəs orqanizminin tələbini müəyyən etməyi bacarmalıdır. Əlamətlərə görə, sadalanan miqdardan az qəbul edilən maye insanda baş ağrısı, ürəkdöyünmə, zəiflik və dərinin quruması kimi hallar yarada bilər. Bu da bilavasitə insan orqanizmində dehidrogenləşdirmə (suya olan tələbat) prosesinin getməsindən xəbər verir.