İDMAN


“Höteborq”-“Qarabağ” oyununu polşalı hakimlər briqadası idarə edəcək

A+ A

Bakı, 17 avqust, AZƏRTAC 

Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubunun İsveçin “Höteborq” komandası ilə səfər matçının hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, görüşü polşalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Pavel Raçkovski olacaq. Ona həmyerliləri Radoslav Sieyka və Mixal Obişoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tomas Kviatkovski yerinə yetirəcək.

Hakimlərin işinə uelsli Treflor Lloyd Hyus qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə hollandiyalı Yap Uilenburq olacaq.

Qeyd edək ki, avqustun 18-də “Qamla Ullevi” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.