İQTİSADİYYAT


Hövsan qəsəbəsində “Xəyal Adası” yaşayış kompleksi salınır

Bakı, 25 iyul, AZƏRTAC 

Suraxanı rayonunun Hövsan qəsəbəsində “Xəyal Adası” yaşayış kompleksi salınır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, hazırda Zığ-Hövsan-Türkan yolunun, “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun, Yeni Günəşli “AB” yaşayış sahəsində özəl klinikanın, Əmircan qəsəbəsində uşaq bağçasının, həmçinin rayon məhkəməsi üçün yeni inzibati binanın tikintisi işləri aparılır.

Eyni zamanda, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36, Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız 3 ikimərtəbəli yaşayış binalarının əvəzinə 12 və 14 mərtəbəli, iki girişli, 177 mənzilli yaşayış binası inşa olunur.

Bundan başqa, Yeni Günəşli “D” yaşayış sahəsində 1254 mənzilli 9, Zığ qəsəbəsində 1050 mənzilli 15, Yeni Günəşli “AB” yaşayış sahəsində 340 mənzilli 1, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində 210 mənzilli 3 çoxmərtəbəli yaşayış binalarının inşası davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.