ELM VƏ TƏHSİL


Humanist pedaqogika üzrə beynəlxalq konfrans-seminar başa çatıb

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), bu ali məktəbin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin (RHPM) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda ikinci beynəlxalq konfrans-seminar başa çatıb.

ADPU-dan AZƏRTAC-a bildiriblər ki, humanist pedaqogikaya həsr edilən ikinci beynəlxalq konfrans-seminarda müasir dərsin təşkili, pedaqoji təhsilin yeni forma və metodları müzakirə edilib. Seminar və humanist pedaqogika üzrə oxuların müəllifi Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili olub. Rusiyalı akademik təcrübəsini, uşaqlara olan dərin, təkrarolunmaz sevgisini, biliyini cəlbedici və virtuoz formada dinləyicilərlə bölüşüb.

Tədbirdə, həmçinin Latviya, Litva, Rusiya, Qazaxıstan və Gürcüstanın görkəmli pedaqoq-alimləri iştirak ediblər.

Altı bölmədən ibarət konfrans-seminar çərçivəsində Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvilinin və digər pedaqoq-alimlərin də təqdimatları keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.