Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Humanitar Forum qlobal məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyətə malikdir VİDEO

Humanitar Forum qlobal məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyətə malikdir VİDEO

Tokio, 27 noyabr, AZƏRTAC

Oktyabrın əvvəllərində keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Tokioda ingilis dilində nəşr olunan “The Japan Times” qəzetinin prezidenti Takeharu Tsutsumi həmin beynəlxalq tədbir barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşüb. Müsahibəni təqdim edirik.

- Cənab Tsutsumi, ötən ay Azərbaycan paytaxtında keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Qeyd etmək istəyirəm ki, Bakıda keçirilən və dünyanın humanitar problemlərinin həlli yollarının müzakirəsinə həsr edilən Humanitar Forum böyük əhəmiyyətə malikdir. Əgər nümayəndələrin sayını, təmsil etdikləri ölkələrin coğrafiyasını və hazırda dünyada baş verən prosesləri nəzərə alsaq bu beynəlxalq tədbirin əhəmiyyəti daha aydın görünər. Mənim ən çox diqqətimi cəlb edən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Dünyanın 60-dan çox ölkəsindən gəlmiş 600-ə yaxın nümayəndənin arasında keçmiş dövlət başçıları, Nobel mükafatı laureatları və digər dünya miqyaslı şəxsiyyətlərin olması Forumun önəmini daha da artırırdı. Zənnimcə bu, IV Bakı Beynəlxalq Humanitar Forumunun səviyyəsinin çox yüksək olduğunu deməyə əsas verir. Məni belə yüksək, dünya miqyaslı liderlərin toplantısına dəvət etdiyinə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Digər tərəfdən, mən Bakı Forumunu Davos İqtisadi Forumu ilə müqayisə etmək istərdim. Davos Forumunda yalnız iqtisadi məsələlər müzakirə edildiyi halda, Bakı Forumunda daha qlobal, bütün dünyanı düşündürən humanitar problemlər müzakirə müstəvisinə çıxarılır. Bu, Bakı Forumunun əhəmiyyətini xüsusilə artırır.

Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin, tamamilə fərqli tərcümeyi-hala malik insanların Forumda iştirakı da məndə xoş təəssüratlar doğurdu.

- Siz Forum zamanı AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri” mövzusunda diskussiyalarda iştirak etdiniz və orada çıxışınız da oldu. Bəs bu müzakirələrin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Əvvəla bu mövzuda diskussiyaların yüksək səviyyədə təşkilinə və mənim oradakı çıxışımı diqqətlə dinləyərək bu barədə söylədiyi xoş sözlərə görə AZƏRTAC-ın baş direktoru Aslan Aslanova xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Qeyd edim ki, diskussiyaların mövzusu həqiqətən də çox aktual mövzuya, sosial şəbəkələrin genişləndiyi bir dövrdə rəqəmsal medianın fəaliyyətinə həsr edilmişdi. Tanınmış jurnalist, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçirilən “dəyirmi masa”da sosial media ilə bağlı onun çox maraqlı bir fikrini xatırlatmaq istəyirəm. M.Qusman hazırkı sosial medianı avtomobilin ixtirası ilə müqayisə etdi. Bildirdi ki, avtomobil də təzə ixtira olunanda onun nə nömrəsi, nə də hərəkət qaydaları mövcud deyildi. Daha dəqiq desək bu sahədə müəyyən bir xaos var idi. Müasir sosial medianı da məhz buna bənzətmək olar, burada da hazırda xaos hökm sürür. Mənə elə gəlir ki, biz bu prosesə tam təbii yanaşmalı və onun peşəkar elektron media ilə birgə fəaliyyətinə çalışmalıyıq.

Bundan əlavə, ABŞ-dan olan jurnalist Terri Makkartinin internetin riskli olması barədə fikri də mənim üçün çox maraqlı oldu. O bildirdi ki, internet dünyanın hər yerində informasiyanı əldə etməyə imkan yaratsa da sosial medianın yaydığı məlumatlarda müəyyən risk var. Yəni bu informasiyalar bir istiqamətlədir və müəyyən tərəfin maraqlarına yönəlib. Mən onun bu fikri ilə tamamilə razıyam və düşünürəm ki, həmin məlumatlarla ehtiyatlı davranmaq lazımdır.

Həmin diskussiyalara mən də qatılaraq Yaponiyada elektron KİV-lər, qəzetlər, onların müasir durumu haqda danışdım. Çoxları elə fikirləşir ki, Yaponiya müasir texnologiyaların geniş yayıldığı ölkə olduğuna görə burada əsasən elektron KİV-lər üstünlük təşkil edir. Lakin mən bildirəndə ki, bizdə qəzetlər, yəni kağız üzərindəki mətbuat çox populyardır, bu, çoxlarının təəccübünə səbəb oldu. Mənim çıxışım AZƏRTAC-ın baş direktoruna xoş təsir bağışladığına görə o, məni növbəti ilk imkanda Azərbaycana səfərə dəvət etdi. Bu, mənim üçün çox böyük şərəfdir.

- Bəs Azərbaycan, onun paytaxtı Bakı haqda nə deyə bilərsiniz? Xahiş edirik təəssüratlarınızı bizimlə bölüşəsiniz.

- Çox təəssüf edirəm ki, iş cədvəlim sıx olduğuna görə Forum iştirakçıları üçün nəzərdə tutulan bədii proqramlarda fəal iştirak edə bilmədim. Lakin avtobusla hərəkət edərkən Bakının necə gözəl şəhər olduğunu seyr edə bildim. Bu şəhərin arxitekturasında müasirliyin və milliyin vəhdəti mənə çox xoş təsir bağışladı. Xüsusən Bakının gecə illüminasiyaları çox gözəl idi. Mən qədim Azərbaycan torpağı Naxçıvana da gedə bilmədim. Buna görə çox təəssüflənirəm. Lakin çox istərdim ki, Azərbaycana növbəti səfərimdə mütləq bu şəhərdə olum.

Bir də təəssüf hissi ilə bildirmək istəyirəm ki, hələ də Yaponiyada Azərbaycanı yaxşı tanımayanlar var. Burada insanların Azərbaycan nefti, digər təbii ehtiyatları barədə xəbərləri olsa da, onlar ölkənizin qədim tarixi, zəngin mədəniyyəti barədə kifayət qədər məlumatlı deyillər. Bu barədə məlumatlar da kifayət qədər çox deyil. Lakin Azərbaycanın dinamik inkişafını, perspektivini nəzərə alaraq mən qətiyyətlə deyə bilərəm ki, ölkəniz yaponların diqqətini tezliklə özünə cəlb edəcək və onlar bu gözəl diyarı görmək üçün çalışacaqlar.

Bu istiqamətdə Azərbaycanın Yaponiyadakı səfirliyinin geniş fəaliyyətini qeyd etmək istərdim. Ümid edirəm ki, bizim redaksiya ilə səfirlik arasında yaranmış sıx dostluq münasibətləri iki xalq arasında əlaqələrin daha da yaxınlaşmasına öz töhfələrini verəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi