REGİONLAR
Humanitar aksiya: 250-yə yaxın sakin müayinədən keçib, 20–dək cərrahiyyə əməliyyatı aparılıb VİDEO
Sumqayıt, 8 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Sumqayıt şəhər Səhiyyə Şöbəsinin birgə təşkilatçılığı ilə humanitar aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, mayın 8-də şəhər səhiyyə şöbəsinin həyətində Milli Oftalmologiya Mərkəzinin Mobil Diaqnostika Kompleksində pasiyentlərin müayinəsi və cərrahiyyə əməliyyatının aparılması üçün yüksək səviyyədə şərait yaradılıb.
Gün ərzində 250-yə yaxın şəhər sakini Milli Oftalmologiya Mərkəzinin yüksəkixtisaslı həkimləri tərəfindən müayinələrdən keçiblər. Bununla yanaşı, ixtisaslaşmış həkim briqadası tərəfindən katarakta xəstəliyi diaqnozu ilə 20–yə yaxın cərrahiyyə əməliyyatı aparılıb, ehtiyacı olan pasiyentlər daha geniş müayinə və müalicə üçün Milli Oftalmologiya Mərkəzinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]