DÜNYA
Humanitar təşkilatların əməkdaşları Qunduz şəhərini tərk edib
Bakı, 7 oktyabr, AZƏRTAC
BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsinin sədri Yens Lerke “Sərhədsiz həkimlər” təşkilatının hospitalına endirilən aviasiya zərbəsindən sonra bütün humanitar təşkilatların əməkdaşlarının Əfqanıstanın Qunduz şəhərindən çıxarıldığını bildirib.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, Y.Larke hazırda şəhərdə keyfiyyətli tibbi yardımın göstərilmədiyini, suyun və elektrikin kəsildiyini və bazarların çoxunun işləmədiyini qeyd edib. Onun sözlərinə görə, yerli əhali ilk növbədə ərzaq, su, müvəqqəti sığınacaq və təcili tibbi yardıma ehtiyac duyur.
Xatırladaq ki, “Sərhədsiz həkimlər” təşkilatının Qunduz şəhərindəki hospitalı ötən şənbə günü ABŞ təyyarələri tərəfindən bombardman edilib və nəticədə 22 nəfər həyatını itirib. İnsident beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olub. BMT-nin baş katibi Pan Gi Mun bombardmanın tam və obyektiv şəkildə təhqiq olunmasına çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]