Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Humboldt Universitetində Almaniya mətbuatının Ermənistan-Azərbaycan münaqişəsini necə işıqlandırması məsələsi müzakirə olunub

Bakı, 4 may, AZƏRTAC 

Aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginlik dünya ictimaiyyətinin, eləcə də medianın diqqətini bölgəyə yönəltdi. Qərb mətbuatı cəbhə bölgəsində baş verənlərə daha çox yer ayırdı. Halbuki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Avropa mediasinda son illərdə sanki unudulmuşdu.

Son günlər isə təmas xəttində baş verən hadisələr Avropa mətbuatının əsas mövzulardan birinə çevrilib. Bu baxımdan Almaniya mətbuatı da istisna deyil. Baş verən hadisələrlə bağlı təkcə aprelin ilk iki həftəsi ərzində Almaniyanın aşağıdakı mətbuat orqanlarında məlumatlar yayılıb: “Frankfurter Allgemeine Zeitung” gündəlik qəzeti - 19 məqalə; “Zeit” həftəlik qəzeti - 11 məqalə; “Spiegel” jurnalı - 9 məqalə; “Neues Deutschland” gündəlik qəzeti - 7 məqalə.

Bunlar Almaniyanın aparıcı mətbuat orqanlarıdır. Belə sual yaranır: Həmin mətbuat orqanlarında dərc olunan informasiyalar hadisələri nə dərəcədə obyektiv işıqlandırır?

Berlin Humboldt Universitetində keçirilən tədbir məhz bu məsələyə - Almaniya mətbuatında Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması məsələsinə həsr olunmuşdu. Bu Universitetdə fəaliyyət göstərən Azərbaycan tarixi kafedrası və “EuroKaukAsia” Elmi-Mədəni Araşdırmalar Mərkəzi bir il əvvəl birgə apardıqları fundamental tədqiqat işinin yekunlarını (1988-2008 illərdə alman mətbuatında Dağlıq-Qarabağ münaqişəsinin işıqlandırılması) bir neçə dəfə ekspertlərin müzakirəsinə verib və üç dildə (Azərbaycan, alman və ingilis) ayrı-ayrılıqda çap edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən, müasir kompyuter proqramlarına və eyni zamanda, obyektivlik anlayışının Qərb aləmində ümumən qəbul olunan kriteriyalarına əsaslanan bu ciddi və əhəmiyyətli layihə son dərəcə heyrətdoğurucu nəticələr üzə çıxardı: Alman mətbuatında Dağlıq Qarabağ münaqişəsinin əksər hallarda tamamilə qeyri-obyektiv, qondarma stereotiplər əsasında şərh edilməsi məlum oldu. Yəni, burada artıq kiminsə münaqişə haqqında nə qədər məlumatlı olub-olmamasından asılı olmayaraq, hər kəsə aydın görünür ki, mətbuatda gedən yazıların əksəriyyəti subyektiv mövqedən, daha dəqiq desək ermənipərəst mövqedən qələmə alınıb.

Aprel hadisələri zamanı layihənin araşdırıcı qrupu yenidən həmin media qurumlarının yaydıqları xəbərlərlə bağlı monitorinq aparıb. Araşdırmanın nəticələri əvvəlki 20 illik dövrün nəticələri ilə müqayisə edilib. Əldə olunan ümumi qənaət bu olub ki, bir sıra məsələlərdə xeyli irəliləyişlər var. Məsələn, əvvəllər olduğu kimi, artıq məqalələrin böyük əksəriyyətində “etnik-dini münaqişə”, “müsəlman azərbaycanlıların xristian ermənilərlə qarşıdurması” kimi ifadələrdən istifadə olunmur, münaqişənin əsas səbəbi kimi ermənilərin separatçılıq fəaliyyətləri və Ermənistanın Azərbaycana qarşı ərazi iddiası birbaşa qeyd edilir. Münaqişənin tarixini oxucularına xatırladan zaman alman müəlliflər ötən illərdə olduğu kimi, yalnız Sumqayıt və Bakıda olan qarşıdurmalardan deyil, həmçinin bir milyon azərbaycanlının Dağlıq Qarabağdan və Ermənistandan zorla qovulmasını, öz ölkələrində qaçqın, köçkünə çevrilmələrini də qeyd edirlər. Əvvəllər olduğu kimi, artıq ermənilər “qurbanlıq quzu” obrazında, azərbaycanlılar isə “təcavüzkar” rolunda təqdim olunmur.

Tədbirin aparıcısı professor Eva-Maria Aux bildirib ki, Almaniya mediası yalnız indi-indi yuxarıda qeyd etdiyimiz yanlışlıqlardan, ikili standartlardan xilas olmağa başlayır. Ona görə də onun oxucularının bu günə qədər Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv həqiqətləri bilməməsi yəqin ki, o qədər də təəccüblü olmamalıdır.

Professor Aux qeyd edib ki, alman mediası son dövrlərdə münaqişənin işıqlandırılmasında yanlış stereotiplərdən uzaqlaşmağa çalışsa da, təəssüf ki, bu məsələdə hələ də bir sıra problemlər qalır. Məsələn, bəzi jurnalistlər Ermənistanla Azərbaycan arasındaki münaqişədən bəhs edərkən 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin üzərinə gedir, bunları bir-biri ilə bağlayır. Halbuki dünya tarixindən az-çox məlumatı olan hər kəsə bəllidir ki, azərbaycanlıların Osmanlı imperiyasındakı tarixi hadisələrlə heç bir əlaqəsi yoxdur. Ona görə də hazırlıqsız, az məlumatlı oxucuların fikrini azdırmaq, onlara uydurma məlumat vermək cəhdi yolverilməzdir. Mediada bəzi təhriflərdən biri də bu idi ki, bəzi jurnalistlər sanki Qarabağda Azərbaycan ordusuna qarşı duran qüvvənin işğalçı Ermənistanın nizami ordusu deyil, keçmiş muxtar vilayətdə yaşayan ermənilərin “özünümüdafiə qüvvələri” olduğunu yazırdılar. 20-25 il əvvəl belə uydurma məlumatları yazan jurnalistlər bəlkə də informasiya almaq imkanlarının zəif olmasına görə özlərinə haqq qazandıra bilərdilər. Lakin bu gün artıq faktları, həqiqətləri qəsdən təhrif edən müəlliflərin işləri çətinə düşür. Çünki onların bir çox həmkarları indi həmin yanlışlıqlardan daha uzaq durmağa çalışırlar. “Bizim araşdırmadan alınan ümidverici nəticələrdən biri bundan ibarətdir ki, zaman keçdikcə belə uydurma miflər yavaş-yavaş sıradan çıxır və alman oxucularının-vətəndaşlarının münaqişə haqqında düzgün, obyektiv və həqiqətə uyğun məlumat almaq şansları artır”, - deyə xanım Aux vurğulayıb.

Tədbirdə çıxış edən tanınmış alman şərqşünası, professor Udo Ştaynbax öz təhlilini daha çox Qarabağ probleminin dünyada gedən bugünkü siyasi proseslərin və böyük dövlətlərin geosiyasi maraqlarının toqquşmaları kontekstində izah edib. Digər çıxış edənlər müzakirə olunan problemin ayrı-ayrı aspektlərinə toxunub, eyni zamanda, bəhs olunan layihənin həm alman mediasının özü, həm ekspert və siyasətçilər üçün, həm də bütövlükdə ölkə ictimaiyyəti üçün əhəmiyyətini qeyd ediblər. Media monitorinqinin mütəmadi olaraq aparılmasının və onun təhlilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb