CƏMİYYƏT


Hüseyn Bağırov Cəlilabadda vətəndaşları qəbul edəcək

Bakı, 19 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov mayın 25-də Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş saat 10:00-da Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Cəlilabad şəhəri, Cavadxan küçəsi, 15, əlaqə telefonları: 050-572-82-82, 050-407-45-54, 025-24-5-27-93) xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.