İDMAN


Hüseyn Bolt dünya çempionatında estafetdə iştirak etməyi qərara alıb

Bakı, 8 avqust, AZƏRTAC

Səkkizqat olimpiya çempionu, yamaykalı sprinter Hüseyn Bolt bildirib ki, səhhəti ilə bağlı cüzi problemlərə baxmayaraq Londonda yüngül atletika üzrə dünya çempionatında 4 x 100 metr estafetində çıxış edəcək.

Şənbə günü Bolt Londonda öz idman karyerasında sonuncu fərdi starta çıxaraq 100 metr məsafəyə qaçışda finiş xəttinə üçüncü çatıb.

Reuters agentliyi Boltun bu sözlərini sitat gətirib: “Hiss edirəm ki, biz hazırıq. Mən estafet qaçışlarında həmişə məmnuniyyətlə iştirak etmişəm. Görək oğlanlar necə hazırlaşıblar və nə bacarırlar. Fiziki cəhətdən mənim işlərim qaydasındadır. Hələ bir qədər ağrılarım var, lakin mən bunun öhdəsindən asanlıqla gələcəyəm. Həmişə olduğu kimi, əlimdən gələni edəcəyəm. Burada olmağıma görə özümü xoşbəxt sayıram və startı səbirsizliklə gözləyirəm”.

Beləliklə, yamaykalı sprinter şənbə günü böyük idmanla vidalaşacaq. Londonda yüngül atletika üzrə dünya çempionatı avqustun 13-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.