İQTİSADİYYAT


Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb

Bakı, 16 dekabr, AZƏRTAC 

Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb. Yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilir.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

“Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metr olacaq.

Buraya keçidin 21,9 metr uzunluğunda olan pilləkən hissələri və 35,2 metr olan qalereyası daxildir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz ediləcək.

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Keçiddə fiziki qüsurlu insanların hərəkəti üçün panduslar da quraşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.