ELM VƏ TƏHSİL
“Hüseyn Cavid və müasir gənclik” mövzusunda elmi konfrans keçiriləcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 134-cü ildönümünə həsr edilən “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə təşkil olunan tədbirdə “Hüseyn Cavid lirikasının novatorluğu”, “Hüseyn Cavid irsində ətraf mühit gözəlliyinin bədii tərənnümü”, “Azərbaycan türkcəsi, Türkiyə türkcəsi və Hüseyn Cavid türkcəsi”, “Hüseyn Cavidin estetik idealı” və digər mövzularda ümumilikdə 30 məruzə dinləniləcək.