ELM VƏ TEXNOLOGİYA


“Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçirilib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsi və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə, Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə və böyük şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 134 illiyinə həsr edilən “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yollarından, xüsusilə elm, təhsil və mədəniyyət sahələrində qazanılan nailiyyətlərdən danışıb.

Böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən akademik dahi sənətkarın ədəbi irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin Ev Muzeyinin mühüm rolunu vurğulayıb.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli böyük şair Hüseyn Cavidin və cavidlər ailəsinin irsinin əhəmiyyətindən bəhs edib.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı və digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin böyük şair və dramaturq Hüseyn Cavid irsinə daim böyük diqqət göstərdiyini bildiriblər.

Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.

Məruzəçilər “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam”, “Azər” və digər ölməz əsərlərin müəllifi olan böyük şair Hüseyn Cavidin ədəbi irsi ilə bağlı fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.