ELM VƏ TƏHSİL
Hüseyn Cavidin Ev Muzeyində uğurlu elmi tədqiqatlar aparılır
Bakı, 29 iyul, İbrahim Əsədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində bu il bir istiqamət, iki problem, səkkiz mövzu üzrə elmi tədqiqatlar aparılır.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsində “Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü, tarixi və inkişaf qanunauyğunluqları” istiqaməti üzrə “Hüseyn Cavid və cavidlər irsinin tədqiqi”; “Muzeyşünaslıq və mənbəşünaslıq” problemləri araşdırılır.
Muzeyin fondundakı materiallardan istifadə etmək üçün 54-dən çox müraciət olunub və onlara elmi informasiya, kitabxana xidməti göstərilib.
Hazırda muzeyin fondunda 10 min 735 eksponat mühafizə olunur ki, onlardan 1305-i ekspozisiyada sərgilənir.