ELM VƏ TEXNOLOGİYA


Hüseyn Cavidin Ev Muzeyinə nadir eksponatlar daxil olub

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyinə nadir eksponatlar - böyük şair və dramaturq Hüseyn Cavidin qızı Turan Cavidin 1958-ci ildə əmisi Şeyx Məhəmmədin oğlu Hamid Rasizadəyə təqdim etdiyi “Hüseyn Cavid. Seçilmiş əsərlər” kitabı verilib.

Eyni zamanda, Hamid Rasizadənin baş redaktoru olduğu “Azərbaycan müəllimi” qəzetinin bəzi nömrələri və Şeyx Məhəmmədin ailəsi ilə bağlı fotolar da muzeyə təqdim edilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, eksponatlar görkəmli ədib Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvələri tərəfindən təqdim olunub.

Eksponatların muzeyin ekspozisiyasında nümayiş etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.