ELM VƏ TƏHSİL
Hüseyn Cavidin ədəbi-bədii irsi Türkiyənin Qazi Universitetində tədris olunur
Bakı, 16 fevral, AZƏRTAC
Türkiyənin Qazi Universitetində görkəmli şair və dramaturq Hüseyn Cavidin zəngin ədəbi-bədii və fəlsəfi irsi tədqiq edilir.
Bununla əlaqədar universitetin gənc tədqiqatçısı Dərya Arslan Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində elmi ezamiyyətdə olub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, D.Arslan elmi-tədqiqat işinin planları haqqında məlumat verib. Qonaq vurğulayıb ki, Qazi Universitetində professorlar Hüseyn Özbay və Ali Akıcı tərəfindən Cavidin ümumbəşəri fəlsəfi irsi geniş tədqiq və tədris olunur.
Muzeyin direktoru G.Babaxanlı böyük şair Hüseyn Cavidin zəngin yaradıcılığının Qazi Universitetində tədqiqinin əhəmiyyətini vurğulayıb.
Sonra Dərya Arslan muzeyin ekspozisiyası ilə yaxından tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:44]
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar
- 23.04.2024 [17:21]
Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib
- 23.04.2024 [16:48]
BDU-nun şahmat komandasının uğuru
- 23.04.2024 [16:45]
Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb
- 23.04.2024 [16:37]
Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb
- 23.04.2024 [16:34]
Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar
- 23.04.2024 [16:18]