ELM VƏ TƏHSİL


Hüseyn Cavidin əsərlərinin müxtəlif dillərdə nəşri davam etdiriləcək

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi böyük şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə hazırlıq işlərinə başlayıb.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, yubileylə əlaqədar tədbirlər planı müəyyənləşdirilib. Cavidin irsi haqqında yeni elmi əsərlərin yazılması, şairin əsərlərinin müxtəlif dillərdə nəşrinin davam etdirilməsi, “Cavidşünaslıq” araşdırmalar toplusunun növbəti cildlərinin çapa hazırlanması, arxivdə qorunan və çap olunmayan sənədlərin və digər materialların nəşrlərdə verilməsi, elektron bazaya yerləşdirilməsi və s. işlərin görülməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.