MƏDƏNİYYƏT


Hüseyn Cavidin yaradıcılığına həsr edilmiş musiqili gecə

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Beynəlxalq Muğam Mərkəzində görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, musiqili gecə Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə layihəsi çərçivəsində reallaşıb.

Əməkdar Artist Nuriyyə Hüseynova və ADMİU–nun II kurs tələbəsi Məftun Səfərlinin bir-birindən parlaq ifaları gecəyə xüsusi ovqat bəxş edib.

ADMİU-nun xalq çalğı alətləri ansamblının iştirakı ilə gerçəkləşən konsertdə ifaçıları ansamblın üzvləri Emil Mirzəyev (tar), Ceyhun Mirzəyev (kamança), Samirə Əliyeva (kanon), Vüqar Əhədov (ud), Sübhan Əhmədov (balaban) və Soltan Məmmədov (nağara) müşayiət edib.

Gecədə dahi şairin şeirləri bədii qiraət ustası, Əməkdar Artist Azad Şükürovun ifasında səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.