DÜNYA


“Hyundai Motors”un işçiləri tətilə başlamağa qərar veriblər

Seul, 15 iyul, AZƏRTAC

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan “Hyundai Motors”un işçiləri əməkhaqqının azlığı ilə bağlı tətillərə başlamağa qərar veriblər. Şirkətin həmkarlar ittifaqının bu məqsədlə keçirdiyi səsvermədə 50 min 274 üzvün 65,93 faizi şirkət rəhbərliyi ilə danışıqların nəticə verməyəcəyi təqdirdə tətillərin başlanmasının lehinə səs verib.

“Hyundai Motors”un işçiləri aylıq məvaciblərinin 154 min 883 Koreya vonu (136 ABŞ dolları) artırılmasını, habelə şirkətin illik xalis gəlirinin 30 faizinin işçilərə bonus üçün ayrılmasını tələb edirlər.

Qeyd edək ki, işçilərin bu tətili “Hyundai”ın satış ilə bağlı problemləri fonunda baş verir. Şirkət cari ilin birinci rübündə 2 milyon 198 min ədəd avtomobil satıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azdır.

“Hyundai Motors”un törəmə şirkəti olan “Kia Motors”un işçiləri də tətilə başlamağı düşünürlər. Bunun üçün gələn həftənin ilk günlərində səsvermə təşkil ediləcək. “Kia Motors”un işçiləri də eyni tələbləri irəli sürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.