DÜNYA


“Hyundai” gələn ildən elektrik mühərrikli avtobusların satışına başlayacaq

Bakı, 20 may, AZƏRTAC

Cənubi Koreyanın “Hyundai Motor Co.” şirkətinin istehsalı olan elektrik mühərrikli sərnişin avtobusları gələn ildən satışda olacaq.

Şirkətin yaydığı məlumatda deyilir ki, hökumətin ölkədə elektrik mühərriki ilə işləyən avtomobillərin enerji doldurma məntəqələrinin sayının çoxalması ilə bağlı planı “Hyundai Motor Co.”nu bu tip avtomobillərin, o cümlədən avtobusların istehsalını artırmağa təşviq edib.

Şirkət bir neçə ildir ki, elektrik mühərriki ilə işləyən avtomobillərin (“Elec City”) istehsalı üzərində işləyir. Lakin ölkədə əvvəllər bu cür avtomobillər üçün enerji doldurma məntəqələrinin sayının az olması “Hyundai Motor Co.”nun istehsalı çoxaltmaq planlarına mənfi təsir göstərmişdi.

İstehsalçı şirkətin mütəxəssisləri hesab edir ki, elektrik mühərrikli avtobuslar bir dəfə enerji yığmaqla 290 kilometr məsafə qət edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.