DÜNYA


Hyuston ticarət mərkəzinin yaxınlığında atışma baş verib, yaralananlar var VİDEO

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da səhər saatlarında ABŞ-ın Hyuston şəhərindəki (Texas ştatı) ticarət mərkəzlərindən birinin yerləşdiyi rayonda silahlı insident baş verib. Qaradərili şəxs yaxınlıqdan keçən avtomobillərə atəş açıb. Xəsarət alanlar var.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə NBC telekanalının yerli bölməsi məlumat yayıb. Kanalın bildirdiyinə görə, güllə yarası alan bir neçə şəxs xəstəxanaya çatdırılıb. Xəsarət alanların dəqiq sayı və yaralananların vəziyyəti barədə hələlik məlumat yoxdur.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub. ABC telekanalı atəş açan şəxsin zərərsizləşdirildiyi xəbərini yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.