SİYASƏT


İƏT Pİ-nin baş katibi Alxanlı hadisələri ilə bağlı bəyanat verib

Bakı, 13 iyul, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi, professor Mahmud Erol Kılıç Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri atəşə tutması ilə bağlı bəyanat verib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bəyanatda iyulun 4-də Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat hərəkətləri, 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın həlak olmaları, habelə daha bir mülki vətəndaş Sərvinaz Quliyevanın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri kəskin şəkildə qınanılır.

Sənəddə İƏT Pİ-nin baş katibi həlak olanların ailəsinə başsağlığı verir, Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.