SİYASƏT


İƏT Xarici İşlər Nazirləri Şurasının Daşkənddə keçirilən sessiyası başa çatıb

A+ A

Daşkənd, 19 oktyabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının “Təhsil və maarifçilik - Sülh və yaradıcılığa aparan yol” devizi altında Daşkənddə keçirilən 43-cü sessiyası başa çatıb.

Sessiyada İƏT-ə üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.

Sessiyanın yekunları ilə əlaqədar keçirilən brifinqdə Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov və İƏT-in baş katibi İyad bin Amin Mədəni müzakirə olunan məsələləri, irəli sürülən təklifləri şərh ediblər. Qeyd olunub ki, diskussiyalar zamanı Yaxın Şərqdə və Şimali Afrikada böhranın BMT-nin Nizamnaməsi əsasında siyasi yolla həll edilməsinin vacibliyi bildirilib. Diqqətə çatdırılıb ki, sessiyada üzv ölkələr arasında ticarət və sərmayə qoyuluşu, yüksək texnologiyaların tətbiqi, özəl bölmənin inkişafı, elm, təhsil, səhiyyə sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Sessiyada 118 qətnamə bəyənilərək qəbul edilib.

İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2017-ci ildə Kot-d’İvuarın paytaxtı Yamusukro şəhərində keçiriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.