SİYASƏT
İƏT Xarici İşlər Nazirləri Şurasının iştirakçıları qədim Səmərqənd şəhərində olublar
Daşkənd, 20 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 18-19-da Daşkənddə keçirilən 43-cü sessiyasının iştirakçıları qədim Səmərqənd şəhərində olublar.
Qonaqlar arasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da olub.
İştirakçılar əvvəlcə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun Şahi-Zinda qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Nazirlər və digər qonaqlar Əmir Teymur məqbərəsinə, İmam Buxari kompleksinə, Reqistan memarlıq ansamblına, Mirzə Uluqbəy rəsədxanasına və digər tarixi memarlıq abidələrinə baxıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd