SİYASƏT


İƏT-ə üzv dövlətlərin Parlament İttifaqının komitəsi Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 24-25-də Mali Respublikasının Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏTPİ) daimi ixtisaslaşmış komitələrinin iclasları keçirilib.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təşkilatın siyasi məsələlər və xarici əlaqələr daimi komitəsinin iclasında iştirak ediblər.

Komitənin iclasında Milli Məclisin nümayəndə heyətinin təşəbbüsü ilə təklif edilmiş 3 qətnamə layihəsi – Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair, 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasına dair, İƏTPİ, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu arasında əməkdaşlığa dair qətnamə layihələri müzakirə edilib. Hər üç qətnamə layihəsi üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, komitə iclasında qəbul olunub və təsdiq olunması üçün yanvarın 27-28-də keçiriləcək İƏTPİ Konfransının 12-ci Sessiyasına göndərilib.

Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayəti insanlığa qarşı cinayət və soyqırımı kimi bir daha tanımış oldu və üzv parlamentləri Xocalı soyqırımını tanımağa çağırdı. Habelə İttifaq “Xocalıya ədalət!” kampaniyasını dəstəklədiyini bir daha təsdiq etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.