Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İƏT-in Baş katibi: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi beynəlxalq ictimaiyyətə mühüm mesajdır

İƏT-in Baş katibi: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi beynəlxalq ictimaiyyətə mühüm mesajdır

Bakı, 30 may, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Əl-Osaymin AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

-Cənab Baş katib, Siz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də keçirilən açılış mərasiminin iştirakçıları arasında idiniz. İlk növbədə bu mərasimlə bağlı təəssüratlarınızı bölüşmənizi istərdik. Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

-Hər şeydən əvvəl məni bu möhtəşəm tədbirə dəvət etdiyi üçün Zati-aliləri Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Mən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanı açılış mərasiminin və ümumiyyətlə, bütün tədbirin uğurla keçməsi münasibətilə təbrik edirəm.

Açılış mərasimi möhtəşəm idi. Mən musiqiyə, rəqslərə, kreativliyə heyran qaldım, hər şey heyrətamiz idi. Mən tarixin və müasirliyin harmoniyasını, müsəlman dünyası üçün bu gün çox güclü mesaj olan həmrəylik mövzusunu çox bəyəndim. İslam Həmrəyliyi Oyunları təkcə müsəlman dünyasından olan idmançıları yarışmaq üçün deyil, həmçinin tamaşaçıları və kütləvi informasiya vasitələrini müsəlman dünyasının həmrəylik və dəstəyini göstərmək və öz zəngin mədəniyyəti və fərqli adət-ənənələri olan xalqları bir araya gətirmək üçün çox vacib tədbirdir. Bizim gənclərimizə ilham vermək və onları ruhlandırmaq da çox vacibdir. Düşünürəm ki, bizim müsəlman dünyasını enerji, istedad və tolerantlıq dolu göstərən bu cür istər idman, istər mədəniyyət tədbirlərimiz daha çox olmalıdır.

-Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. İslam aləminin bir çox problemlərlə, çağırışlarla üzləşdiyi bir zamanda Sizcə, Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsü müsəlman dünyası üçün nə kimi müsbət nəticələr verəcək?

-Bu gün müxtəlif problemlərlə, münaqişələrlə üzləşən müsəlman dünyasının əvvəlkilərdən daha çox həmrəyliyə ehtiyacı var. Buna görə də biz Zati-aliləri Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi kimi müdrik qərarını həm İslam dünyası ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə mühüm mesaj və Azərbaycanın İƏT-ə üzv dövlətlər arasında həmrəylik və əməkdaşlığı genişləndirmək marağının təcəssümü hesab edirik. Buna görə də “İslam Həmrəyliyi İli”nin elan olunması bizim dinimizin prinsipləri və ənənələrinə əsaslanan bütün ideyalara töhfə verəcək və dünyanın qalan hissəsinə İslam ümmətinin sülh və həmrəylik yolu ilə necə idarə edilə biləcəyinə dair əhəmiyyətli mesaj göndərir. Bu yaxınlarda Bakının ev sahibliyi etdiyi, üç mindən çox idmançının bir araya gəldiyi, İslam dünyasını birləşdirən maraqlı multiidman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları da bunun konkret nümunəsidir.

Yeri gəlmişkən, qeyd edim ki, İslam Həmrəyliyi Oyunları yalnız idman tədbiri deyil, bu, həmçinin “İslam Həmrəyliyi İli”nin arxasındakı idealları gerçəkləşdirməyə xidmət edir. Bu, insanları müsbət və konstruktiv şəkildə birləşdirən bir hadisədir. Bizim İslam dünyasında bu birliyə ehtiyacımız var. İƏT-ə üzv dövlətlərdən olan idmançılar və onların nümayəndələri Bakıda bir-biri ilə sıx əlaqələr qurdular və bütün dünyaya bizim həmrəyliyimizin əhəmiyyətini nümayiş etdirdilər. Onu da xatırlatmaq lazımdır ki, Oyunlar “Həmrəylik bizim gücümüzdür” devizi altında keçirildi.

-Siz Bakıda, həmçinin Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışınızda xalqlar arasında birliyin gücləndirilməsində mədəni müxtəlifliyin vacib rol oynadığını vurğuladınız. Azərbaycan bu baxımdan da dünyaya nümunə kimi göstərilir. Artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb. Bununla bağlı fikrinizi eşitmək istərdik. Ümumiyyətlə, sivilizasiyalararası dialoqun inkişafında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

-Sualınızda bildirdiyiniz kimi, əlbəttə ki, xalqlar arasında birliyin gücləndirilməsində mədəni müxtəlifliyin rolunun əhəmiyyəti böyükdür. Biz düşünürük ki, bir-birini tanıması və onlar arasındakı əlaqələri inkişaf etdirə bilməsi məqsədilə müxtəlif xalqları və nəsilləri dialoq üçün bir platformada bir araya gətirməyin böyük əhəmiyyəti var. Bu kontekstdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları dünya gündəliyində vacib məsələlərdən olan mədəniyyətlərarası dialoq baxımından mühüm platformadır. İƏT Azərbaycanın xalqlar arasında dialoqun gücləndirilməsində və inkişafında rolunu yüksək qiymətləndirir. Bu təşəbbüsə dəstəyin təzahürü olaraq, Baş Katiblik 2011-ci ildən bəri keçirilən dörd forumumun hamısında iştirak edib. Bundan əlavə, Azərbaycan ötən il maraqlı tərəfdaşların mədəniyyətlərarası dialoq üçün toplaşdığı BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna də uğurla ev sahibliyi edib. Bütün dünyaya qucaq açan bu tədbir sivilizasiyalar arasında dialoqu irəli aparmaqda Azərbaycanın açıq-aydın rolunu nümayiş etdirən başqa bir fəaliyyətdir. Biz yaxşı məlumatlıyıq ki, Azərbaycan tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olub. Azərbaycan əsrlərdən bəri bütün etnik qrupların və dinlərin nümayəndələrinin sülh və ahəngdarlıqda yaşadığı multietnik, çoxkonfessiyalı ölkədir. Onun coğrafiyası, tarixi və inkişafı göstərir ki, mədəniyyətlərarası dialoq ölkənin tarixinin ən mühüm aspektlərindən biridir. Həmçinin Azərbaycan tərəfindən bu davamlı səylər sülh şəraitində birgəyaşayışa, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa müsbət töhfələr verir.

-Son zamanlar ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında xeyli artım müşahidə olunur. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafı ilə bağlı gələcəkdə hər hansı bir strategiyanın, yaxud qlobal layihənin hazırlanması nəzərdə tutulurmu?

-İƏT-ə üzv dövlətlər arasında turizm sektorunun inkişafı təşkilatın müxtəlif proqramlarının məqsədlərinə nail olunmasına yönələn birbaşa kursu ilə möhkəm bağlıdır. 2000-ci ildə keçirilən turizm nazirlərinin birinci İslam Konfransından bəri turizmin inkişafı ilə bağlı nazirlərin doqquz konfransının, bir çox ekspert qruplarının görüşlərinin, seminarların təşkili İƏT-in gündəliyində turizm sahəsində əməkdaşlıq fəaliyyətlərinə daha böyük əhəmiyyət qazandırıb. Azərbaycan üzv dövlətlər arasında turizm sektorunun inkişaf etdirilməsində də böyük rol oynayır. Azərbaycan Respublikası 2006-cı ildə İƏT-ə bütün üzv dövlətlərin turizm potensialının təqdim edildiyi turizm nazirlərinin beşinci İslam Konfransına ev sahibliyi edib. Eləcə də İƏT-ə üzv dövlətlər arasında turizmin inkişafı və bu sahədə əməkdaşlıq üçün çərçivənin qəbul edilməsi üzv dövlətlər arasında turizm sektorunun yüksəlişi üçün mühüm plandır. Adıçəkilən çərçivə İƏT məkanında turizmin inkişafının təşviqi və bu sahədə birgə regional layihələrə üstünlük verilməsi məqsədini daşıyır. Bu mexanizm İƏT-ə üzv dövlətlər arasında turizm infrastrukturunun inkişafının vacib sahələrində insan kapitalının inkişafını və standartları göstərməklə həmrəyliyi gücləndirmək məqsədi daşıyır. Sevindirici haldır ki, İƏT Şəhər Turizm Mükafatı üzv dövlətlərin turizm sektoru arasında getdikcə daha da populyarlaşır. Mən Azərbaycanın müvafiq qurumlarını yeni turizm istiqamətlərinin yaradılması, eləcə də həmin şəhərlərə investisiyanın cəlb edilməsi məqsədilə 2019-2020-ci il üçün namizəd şəhərlərini Şəhər Turizm Mükafatına təqdim etməyə dəvət edirəm.

-Bu ay ərzində iki dəfə Azərbaycanda səfərdə oldunuz. Sizdə ölkəmiz, onun insanları barədə nə kimi təəssüratlar yarandı?

-Azərbaycan İƏT-in əsas üzv dövlətidir və füsunkar təbiəti, gölləri, dağları ilə çox gözəl ölkədir. Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malikdir, insanları qonaqpərvərdir. Ölkədə müasir otellər, restoranlar fəaliyyət göstərir. Böyük turizm potensialına malik bu ölkədə ənənələrə və İslam irsinə dəyər verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO