CƏMİYYƏT


IDEA “Eko-skaut” layihəsinin icrası uğurla davam edir

Bakı, 27 iyul, AZƏRTAC

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsinin icrası uğurla davam edir. Sayı qısa müddətdə 150-yə çatan IDEA eko-skautlarının yeni üzvləri ilə IDEA Resurs Mərkəzində görüş keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, martın 27-də start verilən layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa həvəsləndirməkdən ibarətdir.

Layihə gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkata qatılmaq və onun lideri olmaq imkanı yaradır.

IDEA eko-skautu olmaq istəyən gənclərlə görüşdə layihənin mahiyyəti, eko-skautların öhdəlikləri, onların fəaliyyət prinsipləri, gündəlik eko-skaut qaydaları, eko-skaut klubuna üzv olmağın yolları, üzvlük kartı və yüksək statuslu kartlar almaq qaydaları, balların toplanma mexanizmi haqqında ətraflı məlumat verilib.

Kluba qoşulmaq üçün müraciət edən gənclərə üzvlük kartı və IDEA tərəfindən xüsusi olaraq hazırlanmış papaq, bel çantası, döş nişanı verilib. Yeni qoşulan üzvlər “Gənc ekoloq” statusu altında ətraf mühitə faydalı işlərlə məşğul olaraq ballar yığıb statuslarını artırmaq imkanı əldə edəcəklər. Kifayət qədər bal toplayan eko-skautlar ən yüksək mərhələyə keçmiş sayılacaq və onlara IDEA tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.

Görüşün sonunda IDEA “Eko-skaut” layihəsinə qoşulmaq üçün könüllü müraciət etmiş yeni üzvlər birgə “eko-skaut andı” içiblər.

IDEA “Eko-skaut” layihəsi haqqında, o cümlədən qeydiyyat, üzvlük qaydaları, balların toplanması və s. ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən və telefon nömrəsindən almaq mümkündür: http://www.ideacampaign.org/ecoscout/, telefon: (012) 497-63-16.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.