CƏMİYYƏT


IDEA İctimai Birliyi “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi koordinator statusunu alıb

A+ A

Bakı, 24 yanvar, AZƏRTAC

IDEA İctimai Birliyi növbəti dəfə Dünya Vəhşi Təbiət Fondunun (WWF) "Yer saatı" beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, koordinator qismində IDEA 10 illiyini qeyd edən "Yer saatı" kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilməsini planlaşdırır.

“Yes saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işiqların kütləvi söndürülməsi adi bir aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2016-cı ildə 178 ölkə, 7000 şəhər və hətta Beynəlxalq Kosmik Stansiyada qeyd edilmişdir.

“İqlim hərəkatına işıq saçın” şuarı altında keçirilən “Yer saatı” kampaniyası ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarmışdır.

Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər.

IDEA İctimai Birliyi 2017-ci il martın 25-də Bakı şəhərində keçiriləcək "Yer saatı" kampaniyasında iştirak etmək istəyən dövlət təşkilatları və özəl qurumlar, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir ([email protected], tel: 012 - 497-63-16).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.