İQTİSADİYYAT


IDEA MMC İrlandiyaya gül dibçəkləri ixrac edib

Bakı, 30 iyun, AZƏRTAC

"Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi istiqamətində aparılan işlərin bir hissəsi kimi IDEA MMC bu ilin aprel-may aylarında Rusiya Federasiyasının "CROCUS GROUP" şirkətlər qrupuna ümumilikdə 386 sayda lüks bağ mebeli kateqoriyasına daxil olan məhsul ixracını reallaşdırıb.

Bu barədə IDEA MMC-nin direktoru İbrahim Alısoy AZƏRTAC-a bildirib.

MMC-nin direktoru bildirib ki, Azərbaycan istehsalı olan məhsullar hazırda Rusiyanın "TVOY DOM" mağazalar şəbəkəsində satışa çıxarılıb. Şirkət hazırda ərəb ölkələri, Rusiya, Qazaxıstan, İrlandiyaya məhsul ixracını həyata keçirir.

Bununla yanaşı, şirkət bu ilin may ayında İrlandiya Respublikasına milli istehsalımız olan gül dibçəkləri ixrac edib ki, bu da ölkə tarixində İrlandiyaya edilən ilk ixrac prosesi hesab olunur. Məhsullar hazırda Cork şəhərində istifadə olunmaqdadır.

İDEA MMC Azərbaycan Prezidenti İlham Əliyevin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında Fərmanını əsas tutaraq ixrac əlaqələrini genişləndirmək, Azərbaycanın istehsal imkanlarını dünyaya tanıtmaq istiqamətində ciddi addımlar atmaqda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.