CƏMİYYƏT


IDEA “Yaşıl söhbət klubu” layihəsi çərçivəsində növbəti görüş keçirib

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi (İB) “Yaşıl söhbət klubu” (“Green Conversation Club”) layihəsi çərçivəsində növbəti görüş keçirib.

Görüş IDEA İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 30 nəfərə yaxın könüllünün iştirakı ilə baş tutub.

İB-dən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Ərzaq Günü ilə əlaqədar budəfəki görüşün mövzusu kompostlaşdırmaya həsr olunub və ABŞ-ın Azərbaycandakı səfirliyindən xüsusi qonaq Kelli Tillett tərəfindən bununla bağlı geniş təqdimat keçirilib. Daha sonra gənclər kompostlaşdırma ilə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşüblər, ev şəraitində qida tullantılarından istifadə edərək təbii gübrə hazırlamağı öyrəniblər.

IDEA “Yaşıl söhbət klubu” layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərinin və onların xarici dil (ingilis dili) səviyyələrinin təkmilləşdirilməsi məqsədilə 2012-ci ilin iyun ayında start verib. “Yaşıl söhbət klubu” ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olub.

Həm ekoloji, həm də ingilis dili biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən şəxslər hər ay ətraf mühitlə bağlı müxtəlif mövzularda “Yaşıl söhbət klubu”na gələ bilərlər. Klubun görüşləri barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_public_union və https://www.facebook.com/ideacampaign.org) mütəmadi olaraq məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.