İQTİSADİYYAT


IEA: Qeyri-OPEC ölkələrində artan neft təklifi 2018-ci ildə tələbat böyüməni geridə qoyacaq

Bakı, 14 iyun, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdə neft təklifinin artması 2018-ci ildə tələbatda baş verəcək böyüməni geridə qoyacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, bunun üçün də OPEC neft hasilatının azaldılması sazişini daha uzun müddətli etməyə ehtiyac duyacaq.

ABŞ, Braziliya, Kanada və digər OPEC üzvü olmayan neft istehsalçısı ölkələrdə hasilat gələn il son dörd ilin ən böyük artımını göstərəcək. Buna görə də gələn ilin yazına qədər davam edəcək neft hasilatının azaldılmasına dair sazişi qlobal neft ehtiyatlarını orta səviyyələrə endirəcək.

Xatırladaq ki, 2001-ci ildən indiyədək ilk dəfə ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu saziş cari ilin iyul ayının 1-dək qüvvədə idi. Mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.