ELM VƏ TƏHSİL
IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı dekabrın 5-də və 12-də keçiriləcək
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən dekabrın 5-də və 12-də GRBS Tədris Mərkəzində ingilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, ixtisas fənnindən və fəlsəfədən müsbət qiymət alanlar təcili olaraq qeydiyyat formasını (Aplication Form) elektron qaydada və ya kağız üzərində doldurub şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə GRBS Tədris Mərkəzinin [email protected] elektron ünvanına göndərməli və ya GRBS Tədris Mərkəzinə şəxsən təqdim etməlidirlər.
Elektron qaydada qeydiyyat üçün keçid:
http://www.ielts.az/download/IELTSApplicationForm.pdf
Maraqlananlar http://www.ielts.az/az/pages/176-92.html internet səhifəsi və (+994 12) 492-84-48, (+994 12) 539-30-60 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.