İDMAN


İFAB futbol matçının müddətinin azaldılaraq 60 dəqiqəyə endirilməsini təklif edir

Bakı, 20 iyun, AZƏRTAC

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) futbol matçlarının qaydalarında novator xarakterli bir neçə dəyişiklik hazırlayıb.

AZƏRTAC “Sports.ru” saytına istinadla xəbər verir ki, “Play Fair!” (“Vicdanla oyna!”) strategiyası çərçivəsində oyun müddətini 90 dəqiqə “çirkli” vaxtdan 60 dəqiqə “təmiz” vaxta qədər azaltmaq təklif olunur. Bu halda xokkeydə və basketbolda olduğu kimi, pauzalar müddətində saniyəölçəni saxlamaq nəzərdə tutulur. Bu tədbir oyunların daha baxımlı olmasına yönəldilib.

Bundan əlavə, İFAB təklif edir ki, qapıçının öz oyunçusu cərimə meydançasında ayağı ilə pas verəndən sonra qapıçı topu əlinə götürdüyü hallarda sərbəst zərbə əvəzinə cərimə zərbəsi təyin edilsin.

Daha bir ideya irəli sürülüb: futbolçu bilərəkdən əli ilə qol vurubsa və ya topu qapı xəttinə əli ilə yönəldibsə həmin futbolçu meydandan çıxarılsın. Əgər oyunçu topu boş qapıdan əli ilə çıxararsa, bu halda qol sayılması təklif olunur.

Xatırladaq ki, İFAB futbol oyunu qaydalarının hazırlanması və tənzimlənməsi ilə məşğul olan beynəlxalq təşkilatdır. İFAB çərçivəsində hazırlanan dəyişikliklərin qüvvəyə minməsi üçün həmin dəyişikliklər Beynəlxalq Futbol Federasiyası (FİFA), habelə İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyaları tərəfindən bəyənilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.