İQTİSADİYYAT


IFC Azərbaycanda kiçik bizneslərin maliyyə resurslarına çıxışına kömək edir

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda kiçik bizneslərin maliyyə resurslarına çıxışına kömək edir.

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, bu barədə IFC və Azərbaycan Banklar Assosiasiyasının (ABA) kiçik bizneslərin böyüməsi və onların yeni iş yerlərini yaratması səylərinin tərkib hissəsi olmaqla həmin bizneslərin maliyyə resurslarına çıxışının artırılmasına kömək məqsədilə keçirdikləri konfransda bildirilib.

Tədbir Azərbaycanda fərdi sahibkarlar və şirkətlərin dövriyyədə olan mallar və avadanlıq kimi daşınar əmlaklarının kreditlər üçün təminat vasitəsi kimi etibarlı istifadəsinə imkan verən daşınar əmlakın yüklülüyü islahatını necə dəstəkləməyə həsr olunub. Kiçik və orta sahibkarların bank kreditləri üçün daşınmaz əmlaka malik olmadıqları ölkələrdə bu islahat vacib əhəmiyyət kəsb edir.

"Daşınar əmlakın yüklülüyü islahatı Azərbaycanda kiçik və orta sahibkarlara əhəmiyyətli təsir göstərə bilər. Bu bizneslər iqtisadiyyatın vacib hissələrindən biridir və onların böyümələri və yeni iş yerləri yaratmaları üçün alətlərlə təmin edilməsi çox vacibdir", - deyə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib.

IFC-nin Azərbaycan üzrə daimi nümayəndəsi Aliya Əzimova qeyd edib ki, "Daşınar əmlakın yüklülüyü islahatı son dərəcə ehtiyacı olan maliyyə resurslarına çıxışa can atan bizneslər üçün yeni imkanlar yarada bilər. Aşağı neft qiymətlərindən irəli gələn son dəyişikliklər fonunda bu islahat Azərbaycanda çoxlu kiçik bizneslərin öz ilkin addımlarını möhkəmləndirməyə və gələcək inkişafın əsasını qoymağa kömək edəcək.

IFC Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasında Maliyyə Bazarlarına Nəzarət Palatasının daşınar əmlakın yüklülüyünü tənzimləyən qanunun layihəsinin işlənməsi səylərini dəstəkləmişdi. Qanunvericilik aktlarının layihələrinə hazırda hökumət tərəfindən baxılır və tezliklə Milli Məclisə təqdim edilməsi gözlənilir. İslahat, xüsusilə də aşağı neft qiymətləri fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirməyə kömək edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.