Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

III Beynəlxalq multikulturalizm məktəbi başa çatıb

Bakı, 27 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi başa çatıb.

İyulun 26-da bununla əlaqədar keçirilən mətbuat konfransında BBMM-in əməkdaşı Sevinc Mürvətqızı bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi çoxsaylı əhəmiyyətli tədbirlərdən biri də beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. İyulun 18-27-də Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyət göstərib. Yay məktəbinin iştirakçıları Azərbaycanın Qəbələ, İsmayıllı, Şəki, Qax, Oğuz, eləcə də Nic, Lahıc, İvanovka, Oğuzdakı “Yəhudilər məhəlləsi” kimi unikal multietnik bölgələrində olublar. III Beynəlxalq multikulturalizm məktəbində Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmən olmaqla, 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 azərbaycanlı tələbə iştirak edib.

Layihənin sonunda Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios Asproulis onların öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunu təqdim ediblər. Klubun üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 13 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri təmsil olunacaqlar. Bu klub üzvü olan hər bir xarici gənc üçün Azərbaycanda təhsil imkanları yaradacaq, ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olacaq, Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsində hər bir üzvə kömək göstərəcək. “Azərbaycanın gənc dostları” beynəlxalq klubunun yenicə fəaliyyətə başlayan internet saytı (www.youngfriends.az) da var.

Mətbuat konfransından sonra III Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edərək Azərbaycan Prezidentinin salamlarını iştirakçılara çatdırmaqdan böyük şərəf hissi duyduğunu bildirib: Dövlət müşaviri deyib: “Yay və qış multikulturalizm məktəblərinin keçirilməsi Prezident İlham Əliyevin ideyasıdır və dövlətimizin başçısının arzularından biri də budur ki, Azərbaycanın gənc vətəndaşlarının xaricdə intellektual dostları artsın.

Üçüncü Beynəlxalq multikulturalizm məktəbinin fəaliyyət göstərdiyi 10 gün müddətində siz ölkəmizin müxtəlif universitetlərindən olan tələbələrlə birgə Azərbaycanın ayrı-ayrı guşələrində oldunuz. Getdiyiniz yerlərin gəncləri sizinlə görüşlərə qatıldı. Siz hətta Nic qəsəbəsində bir toy mərasimində iştirak etdiniz. Oradakı görüşləriniz barədə udi qardaşlarımız mənə çox gözəl sözlər dedilər. Azərbaycan mətbuatı sizin hər addımınızı izləyirdi. Elə buna görə də artıq təkcə əhatənizdə olanlar deyil, tanımadığınız Azərbaycan vətəndaşları da sizin dostlarınıza çevriliblər. Evinizə dönəndən sonra buradakı dostlarınız sizin üçün çox darıxacaqlar. Ümid ona qalır ki, gələcəkdə sizi dostlarınızla daha tez-tez görüşdürməyin yollarını axtaraq və vasitələrini tapaq.

Üçüncü Beynəlxalq multikulturalizm məktəbi geridə qaldı. Bizi irəlidə münasibətlərimizin başqa variantları, başqa mərhələləri və başqa layihələr gözləyir”.

Kamal Abdullayev beynəlxalq multikulturalizm məktəbinin baş tutması üçün səy göstərən hər kəsə - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bilik Fondunun əməkdaşlarına, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, AMEA-ya, multikulturalizm yay məktəbinin keçirildiyi bölgələrin icra strukturlarına və yerli əhaliyə, Azərbaycan mətbuatına təşəkkürünü bildirib. “Məxsusi təşəkkürümü isə bilavasitə, əlbəttə ki, yay məktəbinin iştirakçılarına çatdırıram. Çünki dünyanın bu ağır vaxtında, mürəkkəb bir dövrdə heç nəyə baxmadan böyük bir entuziazmla dünyanın o biri başından, uzaq ölkələrdən sizi Azərbaycana insanlığa, gəncliyə və multikulturalizmə olan sevgi gətirib. Biz də sizi burada görməkdən son dərəcə xoşbəxt olduq.

“Azərbaycanın gənc dostları” Beynəlxalq Klubunun yaradılması xəbərini dostlarımla və həmkarlarımla bölüşdükdə onlar bu xəbəri yüksək sevinclə qarşıladılar. Biz bu klubun fəaliyyətinə son dərəcə böyük ümidlər bəsləyirik.

Burada əsası qoyulan münasibətlərin möhkəm dostluğa çevrilməsini arzulayıram. Ümid edirəm ki, bundan sonra da həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində sıx-sıx görüşəcəyik”, - deyə Dövlət müşaviri qeyd edib.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli III Beynəlxalq multikulturalizm məktəbini Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından xüsusi hadisə kimi səciyyələndirib.

Sonra Yunanıstandan olan tələbə Dimitrios Asproulis “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarının Prezident İlham Əliyevə müraciətini səsləndirib. Müraciətdə bildirilir: “Sizi ürəkdən salamlayır və bizə Azərbaycana gəlmək, onun qədim tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq, ən əsası isə multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu öz gözlərimizlə görmək imkanı yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Qəbələ, Şəki, İsmayıllı, Oğuz rayonlarına, həmçinin Lahıc, Kiş, Nic və İvanovka kimi özünəməxsus adət-ənənələri, dili, tarixi olan qəsəbə və kəndlərə səfərlərimiz, bu yerlərdə yaşayan əhali ilə, həmyaşıdlarımızla görüşlərimiz bizdə son dərəcə xoş təəssüratlar yaratdı və yaddaşımızda silinməz izlər buraxdı.

Səfər etdiyimiz hər bir şəhərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan mərkəzlərdə keçirdiyimiz görüşlərdə Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkənizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış ulu öndər Heydər Əliyevə xalqın dərin ehtiramının şahidi olduq. Cənab Prezident, biz bir daha əmin olduq ki, Sizin ləyaqətlə davam etdirdiyiniz bu siyasət ölkənizdə yaşayan bütün xalqları dövlətə daha möhkəm tellərlə bağlayaraq sabitliyə, inkişafa əvəzsiz töhfəsini verir.

2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməyiniz sülhə, şəfqətə və barışa dünya miqyasında bir çağırışdır. Biz bu çağırışı sevinc və məmnuniyyət hissi ilə dəstəkləməyə, onu öz ölkələrimizdəki dostlarımıza və həmvətənlərimizə çatdırmağa hazırıq.

Elə buna görə də Azərbaycandakı mövcud multikultural və tolerant mühit haqda məlumatların, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha sistemli şəkildə təqdim olunması üçün “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunu yaratdıq. Bu klub bütün dünyada Azərbaycana rəğbət və maraq bəsləyən gəncləri öz ətrafında birləşdirəcək və onların birgə əlaqəli fəaliyyətini təşkil edəcək.

III Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları adından bir daha göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin ehtiramımızı və minnətdarlığımızı bildiririk. Təkcə Azərbaycanda deyil, bütövlükdə regionda sabitlik və qarşılıqlı anlaşmaya xidmət edən məqsədyönlü və qətiyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Sizi əmin edirik ki, harada olmağımızdan asılı olmayaraq görüb şahid olduğumuz Azərbaycan həqiqətləri, multikulturalizmin Azərbaycan modeli haqqında danışacaq, qədim və zəngin mənəvi aləmə malik olan sülhsevər Azərbaycanın dünyada daha yaxşı tanıdılması üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Sonda BBMM-in və Bilik Fondunun icraçı direktorları Azad Məmmədov və Oktay Səmədov III Beynəlxalq multikulturalizm məktəbi iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UNESCO-nun Afrikaya həsr edilmiş zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO