Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Oğuzda

Bakı, 24 iyul, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi proqrama əsasən iyulun 24-də Qəbələdə öz işini davam etdirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasından keşiş Konstantin Ata, Böyük Britaniya yəhudi icmasının rəhbəri Lourens Brassın iştirakı ilə BBMM-in analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirə oxuyublar.

Mühazirədə Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığı vurğulanıb: “Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Qədim azərbaycanlılar arasında əcdadların ruhlarına, qayalara, ağaclara, müxtəlif təbiət hadisələrinə və xüsusən də səma cisimlərinə pərəstiş güclü olub. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxıb. Oda pərəstiş, xüsusilə, Cənubi Azərbaycanda geniş vüsət almışdı. Atropatenanın əsas şəhərlərində böyük atəşgahlar var idi.

Azərbaycanda geniş yayılmış dinlərdən biri də Zərdüştilik olub. Zərdüştilik vəhy dinlərinin ən qədimi hesab olunur. Qədim yunan və orta əsr müsəlman tarixçiləri, həmçinin bir çox sonrakı tədqiqatçılar Azərbaycanı Zərdüştiliyin vətəni hesab edirlər.

Azərbaycan tarixində özünəməxsus yeri olan dinlərdən biri də İudaizmdir. Ölkəmizdə üç yəhudi icması mövcuddur: dağ yəhudiləri, Avropa yəhudiləri və gürcü yəhudiləri. Bunlardan ən qədimi dağ yəhudiləri sayılır. Onların Azərbaycana gəlmə tarixi mübahisəlidir. Alban tarixçisi Musa Kalankatuklunun fikrincə, dağ yəhudiləri ölkəmizə eradan əvvəl I əsrdə gəliblər. Digər məlumata görə isə, onlar buraya Sasani hökmdarı I Xosrov Nuşirəvan (531-579) tərəfindən köçürülüblər. Avropa və gürcü yəhudiləri isə, Azərbaycana təxminən 200 il əvvəl XIX əsrdə gəlməyə başlayıblar.

Azərbaycanda xristianlıq yeni eranın ilk əsrlərində yayılmağa başlayıb. Qafqaz Albaniyasında xristianlığı ilk dəfə yayan apostol Faddey olub. Onun missiyasını sonra şagirdi Yelisey davam etdirib. Yelisey Aqvanın Qis adlı yerində (Şəkinin Kiş kəndi) Qafqazın ilk xristian məbədini inşa etdirib. Qaynaqlarda bu məbəd “Şərq kilsələrinin anası” adlandırılır. IV əsrdən başlayaraq Qafqaz Albaniyasında Xristianlığın yayılması yeni mərhələyə qədəm qoyub. 313-cü ildə Roma imperatoru Konstantin Xristianlığa etiqad üzərindən qadağanı götürdükdən sonra Alban hökmdarı Urnayr Xristianlığı dövlət dini elan edib. VII əsrdə ərəblərin Azərbaycana gəlişindən və Qafqaz Alban dövlətinin süqutundan sonra Xristianlıq bölgədə zəifləməyə başlayıb.

Ərəblərin ölkəyə gətirdiyi yeni monoteist din – İslam xalqımızın milli-mənəvi tarixində və mədəniyyətində əhəmiyyətli rol oynayıb.

Azərbaycanda İslamın yayılması bir neçə mərhələdən keçib. Birinci mərhələ VII əsrin ortalarından VIII əsrin əvvəllərinədək davam edən islam fəthləri dövrünü əhatə edir. İslamın yayılmasının ikinci mərhələsi VIII əsrin əvvəllərindən başlayır və Qərbi İranda, İraqda Büveyhilərin hakimiyyətə gəlməsi ilə bitir. Bu dövrdə İslam ölkədə əsas dinə çevrilir. Azərbaycanda islamlaşmanın üçüncü mərhələsində ölkə ərazisində sünni (Hənəfi) və şiə (İmami) məzhəbləri aparıcı dini cərəyanlara çevrilirlər. Azərbaycanın islamlaşmasının dördüncü mərhələsi Səlcuqilər dövrünü əhatə edir. Bu dövrdə sünnilik bölgədə hakim məzhəb olub, şiəlik isə zəifləyib. Həmin dövrdə sufi təriqətləri özlərinə xeyli tərəfdar toplayaraq ölkədə geniş yayılıblar. Ölkə ərazisində İslamlaşmanın beşinci mərhələsi isə XIII əsrin I yarısından XV əsrin II yarısınadək olan dövrü əhatə edir. Göstərilən müddətdə sufi cərəyanları əhali arasında böyük nüfuz qazanıb, müxtəlif sufi təriqətləri geniş yayılıb.

1501-ci ildə Səfəvi sülaləsinin hakimiyyətə gəlməsi ilə Azərbaycanın islamlaşması prosesi tamamilə yeni mərhələyə qədəm qoyub. Səfəvilər Osmanlı imperiyasından fərqli olaraq, şiəliyə etiqad edirdilər və başlarına 12 imamın şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Bu səbəbdən onlara “qızılbaşlar” deyirdilər.

XIX əsrdə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ölkənin dini mənzərəsində böyük dəyişikliklər baş verib. Pravoslavların, katoliklərin, müxtəlif protestant məzhəblərin, Rus Pravoslav Kilsəsindən qopmuş sektant qrupların regiona gəlməsi məhz bu dövrə təsadüf edib. Rus çarizminin yeritdiyi “köçürtmə siyasəti” nəticəsində, bölgədə pravoslavlıq yayılmağa başlayıb, çar hakimiyyəti tərəfindən təqib edilən sektant xristian qruplar (molokanlar, duxoboretslər, roskolniklər) I Nikolayın fərmanına əsasən, Azərbaycanın ən səfalı guşələrində yerləşdiriliblər. 1920-ci ildə Azərbaycanda sovet çevrilişindən sonra ölkədə bütün dinlər təqib olunmağa başlanmış, bir çox məscidlər, sinaqoqlar, kilsələr bağlanıb və yaxud dağıdılıb, din xadimləri və ruhanilər isə ya güllələnib, ya da sürgünə göndərilib.

SSRİ dağıldıqdan sonra Azərbaycan din sahəsində yeni mərhələyə qədəm qoyub. Ölkədə dinin təbliğinə və yayılmasına şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə bir çox dini-tarixi abidələr bərpa olunub, dini maarifçilik işinə diqqət artırılıb. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir: “Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır”. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Müsəlman, xristian və yəhudi din nümayəndələri iştirakçıların onlara ünvanladıqları sualları cavablandırıblar.

Günün ikinci yarısında tələbələr Oğuz rayonuna səfər ediblər, “Yəhudi məhəlləsi”ndə olublar, Yuxarı və Aşağı məhəllə sinaqoqlarını ziyarət ediblər.

Lourens Brass Yuxarı Məhəllə sinaqoqunda çıxış edərək Azərbaycandakı tolerant mühit haqqında danışıb: “Burada sinaqoqları gəzərkən müsəlmanların yəhudiləri "Şalom" deyə salamladıqlarını, Şabat münasibətilə təbrik etdiklərinin şahidi oldum. Multikulturallıq və tolerantlıq ənənələrinin bərqərar olduğu bu ölkədə olmağımdan çox şadam. Azərbaycan öz tolerantlığı ilə bütün dünyaya nümunə olacaq ölkədir. Siz öz tolerantlığınıza görə öz ölkənizlə fəxr etməlisiniz. Bu yay məktəbinin iştirakçılarına tövsiyə edirəm ki, öz ölkələrinə dönərkən Azərbaycandakı tolerant mühit haqqında danışsınlar”.

Günün sonunda Azərbaycan multikulturalizmi modelini öyrənən tələbələr milli çay süfrəsi ətrafında “Təşəkkürlər Qəbələ” adlı mədəni proqramla yay məktəbinin fəaliyyət göstərdiyi regiona minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, III Beynəlxalq multikulturalizm məktəbi növbəti günlərdə fəaliyyətini proqrama uyğun olaraq Bakıda davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib