Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

III X.D.Venesianın Azərbaycan Respublikasının Filippin Respublikasında fəxri konsulu təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. III Xose De Venesia Azərbaycan Respublikasının Filippin Respublikasında fəxri konsulu təyin edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin