Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

II Beynəlxalq Tələbə Konfransında Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Katibliyinin rəhbəri Ermənistanın Azərbaycana qarşı təxribatından danışıb

Bakı, 5 iyul, Elvin Camalov, AZƏRTAC

Qusarda iyulun 3-də başlayan “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransı bu gün başa çatıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransın sonuncu günündə üç sessiya keçirilib.

Əvvəlcə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutunun professoru Sergey Çijikovun moderatorluğu ilə keçirilən sessiya “Gömrük qanunvericiliyinin modernləşdirilməsində beynəlxalq təcrübə”yə həsr edilib.

Sessiyada Polşa, Rusiya, Ukrayna, Avstriya və Belarus təhsil müəssisələrinin təmsilçiləri “Malların beynəlxalq ticarəti ilə əlaqədar şirkətlərdə gömrük qanunvericiliyinə riayət olunmasının idarə edilməsi”, “Gömrük sərhədindən malların qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısının alınmasında qabaqcıl üsul kimi gömrük nəzarətinin təşkili”, “Avropaya inteqrasiya prosesi kontekstində Ukrayna gömrük sistemində islahatlar”, “Kontrafakt malların ticarəti ilə bağlı gömrük nəzarəti və iqtisadi və hüquqi nəticələr”, “Avrasiya İqtisadi Birliyi sistemində gömrük hüququnun genezisi”, “Beynəlxalq xidmət biznesi üzrə real vəziyyətə ətraflı baxış”, “Avropa İttifaqına poçt göndərişlərinin gömrük qiymətləndirməsi üzrə mövcud problemlər” və “Zamanın tələblərinə müvafiq olaraq Belarus Respublikası gömrük xidmətinin təkmilləşdirilməsi” adlı məruzələr söyləyib, dinləyicilərə faydalı biliklər çatdırıblar.

Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, professor İqbal Babayevin moderatorluğu ilə “Rəqəmsal gömrük/elektron gömrük, elektron ticarət və gömrük məlumatlarının təhlili” adlı beşinci sessiya keçirilib.

Sessiyada ABŞ, Türkiyə, Makedoniya, İran, Azərbaycan, Ukrayna və Rusiya təhsil ocaqları və gömrük xidmətlərinin nümayəndələrinin “Hər şey üçün şəbəkə: gömrük idarəçiliyində gələcək çağırışlar”, “Tranzit sistemlərinin rəqəmsallaşdırılmasında Türkiyənin təcrübələri və tətbiq etdiyi layihələr”, “Makedoniya Respublikasında elektron ticarət”, “Gömrük işi sahəsində proseslərin asanlaşdırılmasında elektron gömrüyün rolu”, “Azərbaycanda kağızsız ticarət: son nailiyyətlər”, “Elektron kommersiyanın gömrük tənzimlənməsi: beynəlxalq təcrübə və onun Ukraynada tətbiqinin perspektivləri”, “Avrasiya İqtisadi Birliyinin fəaliyyəti çərçivəsində ilkin məlumat mübadiləsi sistemlərinin tətbiqi təcrübəsi”, “Makedoniya Respublikasında elektron gömrük”, “Gömrük tranzit proseduru ilə bağlı informasiya texnologiyaları” və “Elektron kommersiya və əqli mülkiyyət hüququnun pozulması” mövzusunda çıxışları dinlənilib.

Sonuncu sessiya isə Belarus Respublikasının Gömrük Orqanları Kadrlarının İxtisasının Artırılması və Yenidən Hazırlanması üzrə Dövlət İnstitutunun rəhbəri, doktor Valentina Ananyevanın moderatorluğu ilə “Biliyə əsaslanan gömrük təhsili (bacarıqlar, səriştələr və sair)” mövzusuna həsr olunub.

Bu sessiyada isə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU), eləcə də Belarus və Macarıstan təhsil müəssisələrinin əməkdaşlarının “Beynəlxalq gömrük təhsili, tədqiqatlar və potensialın gücləndirilməsi sahələrində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin rolu”, “Gömrük işi sahəsində kadrların hazırlanması üzrə innovativ yanaşmalar”, “Boloniya sazişi və onun Macarıstanın gömrük əməkdaşlarının təhsilində tətbiq edilməsi” və “Gömrük əməkdaşlarının peşəkar hazırlığının psixoloji təminatı” adlı məruzələri dinlənilib.

Bununla da konfrans öz işini başa vurub.

Konfransın yekununda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) Katibliyinin rəhbəri, doktor Mixail Kaşubski öncə iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatı barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Dünən Ermənistan hərbi qüvvələrinin bombardmanı nəticəsində iki azərbaycanlı mülki şəxs həyatını itirib ki, onlardan biri 2 yaşlı qız uşağıdır. Mən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin rəhbərliyi adından Azərbaycan xalqına başsağlığı verirəm. Həqiqətən də bu, acı və xoşagəlməz bir xəbərdir”.

Daha sonra “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda II Beynəlxalq Tələbə Konfransının təşkilinə və yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını ifadə edən INCU Katibliyinin rəhbəri Mixail Kaşubski xüsusilə gömrük sahəsində təhsil alan gənc nəslin fikirlərinin, onların bu sahəyə baxışlarının və yanaşmalarının öyrənilməsinin gömrük işinin gələcəkdə daha səmərəli şəkildə qurulmasına böyük kömək göstərəcəyinə əminliyini ifadə edib.

Eyni zamanda, konfransda iki Nobel mükafatı laureatının gömrük və beynəlxalq ticarət kontekstindən iqtisadiyyatla bağlı fikirlərinin əhəmiyyətinə toxunan INCU Katibliyinin rəhbəri bunun vacib olduğunu vurğulayıb. Konfransın aktuallığının da artdığını söyləyən Mixail Kaşubski burada elmi fikirlərin və qabaqcıl təcrübənin paylaşılmasının hər bir tədbir iştirakçısının, xüsusilə də gənc nəslin gələcək fəaliyyətinə mühüm fayda verəcəyini deyib.

Öz növbəsində, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki, professor Aydın Əliyev tədbirin məhsuldar keçdiyini və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında konfransın önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.

Konfransda iştirak edən ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinə təşəkkürünü çatdıran komitə sədri iclasda müzakirə olunan mövzuların, xüsusilə Nobel mükafatçılarının fikirlərinin hər kəs üçün önəmini vurğulayıb.

Bu tədbirin ideya irəli sürmək və ideyaları bölüşmək üçün geniş imkanlar yaratdığını diqqətə çatdıran Aydın Əliyev II Beynəlxalq Tələbə Konfransını gələcəkdə gömrük əməkdaşlığının daha da gücləndirilməsində və potensialın artırılmasında irəliyə doğru atılan növbəti mühüm addımlardan biri kimi qiymətləndirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək