CƏMİYYƏT


II Dünya müharibəsində Moldovada həlak olmuş 206 azərbaycanlının dəfn edildiyi yerlər müəyyənləşib

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

İkinci Dünya müharibəsində Moldovada həlak olmuş 206 azərbaycanlının dəfn edildiyi yerlər müəyyənləşib.

Azərbaycanın hərb tarixində İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdikləri qəhrəmanlığın xüsusi yeri var. Alman faşizmi üzərində tarixi Qələbədən 71 ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin müharibədə iştirak etmiş azərbaycanlıların bir hissəsinin taleyi bu günədək aydınlaşmamış qalır. Onlar arasında keçmiş SSRİ-nin bir sıra ərazilərində, o cümlədən Moldovada döyüşənlər də olub.

Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırmalar nəticəsində vaxtilə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilib, onların kimlikləri, təvəllüd tarixləri, rütbələri, hərbi xidmətə çağırıldıqları tarix, məntəqələr, dəfn yerləri müəyyən olunub, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.