CƏMİYYƏT


II İliya: Azərbaycanda və Gürcüstanda mövcud olan tolerantlıq başqa ölkələr üçün nümunədir

Tbilisi, 21 aprel, AZƏRTAC

Gürcüstanda bu gün 400-ə yaxın məscid, xeyli sayda dini məktəblər var.

AZƏRTAC xəbər verir ki, bu sözləri ümumgürcüstan katolikos –patriarxı II İliya Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə söyləyib.

II İliya deyib: “Bu gün Gürcüstanda xeyli sayda müsəlman yaşayır. Onlara dini ayinlərini yerinə yetirmək, ibadət etmək üçün hər cür şərait yaradılıb. Ölkəmizdəki 400-ə yaxın məscid, çoxlu sayda dini məktəb fəaliyyət göstərir. İslam dininin təbliği məqsədilə çoxlu sayda qəzet və jurnallar nəşr olunur. Gürcüstandakı müsəlman dini abidələr də yüksək səviyyədə qorunur. Azərbaycandakı gürcü dini abidələr də yüksək səviyyədə qorunur və inanıram ki, bundan sonra mühafizə olunacaq”.

Katolikos-patriarx bildirib ki, Azərbaycanda və Gürcüstanda mövcud olan tolerantlıq başqa ölkələr üçün nümunədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.