İQTİSADİYYAT


İKT üzrə qrant müsabiqələri ilə bağlı yeniliklər açıqlanıb

A+ A

Bakı, 23 iyul, AZƏRTAC 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydalarına, qrant müsabiqələri çərçivəsində layihələrin qiymətləndirilməsi meyarlarına dəyişikliklər, növbəti qrant müsabiqəsinin təşkili və cari məsələlər müzakirə edilib. İclasın gündəliyinə daxil olan istiqamətlər üzrə fikir mübadiləsi aparılıb və qərarlar qəbul olunub.

Fondun Müşahidə Şurasının sədri, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə indiyədək keçirilmiş qrant müsabiqələrində daxil olan layihələrin keyfiyyətinin yüksəldiyini qeyd edib. O həmçinin, növbəti müsabiqəyə də mahiyyət baxımından innovativ və maraqlı layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu bildirib.

İclasda növbəti qrant müsabiqəsi ilə bağlı nəzərdə tutulan yeniliklər də açıqlanıb. Qeyd edilib ki, yeni müsabiqənin üç istiqamət – elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.