MƏDƏNİYYƏT


İLESAM üzvü olan türk yazıçı və şairləri oxucularla görüşüblər

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq kitabxanada İLESAM üzvü olan türk yazıçı və şairlərinin oxucularla görüşü keçirilib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri açan direktor, professor Kərim Tahirov fəaliyyətinin bir ili tamam olmayan Açıq kitabxananın fəaliyyətindən, sənətin, poeziyanın kütləviləşməsindən danışıb, ötən ay Azərbaycan Milli Kitabxanası ilə İLESAM təşkilatı arasında bağlanmış əməkdaşlıq müqaviləsini xatırladıb, bu tədbirin əməkdaşlığın ilk addımı olduğunu qeyd edib.

İLESAM təşkilatının katibi Mehmet Nuri Parmaqsız bu ilin sonunadək türk şair və yazıçılarının əsərlərindən ibarət 15 min nüsxə ədəbiyyatın Bakıya gətiriləcəyini və 16 regionun kitabxanasına paylanılacağını bildirib. O, çıxışının sonunda “Şimdi ölsəm” şeirini səsləndirib.

İLESAM-ın Azərbaycan təmsilçisi, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Bakıda İLESAM-la birgə keçirilən tədbirlərdən danışıb, “Qapı aça bilmirəm” şerini söyləyib. Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Açıq kitabxananın gözəl tədbirlər məkanı olduğunu vurğulayıb, “Bir də gəlməyəcəksən” şeirini deyib. Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, Yazıçılar Birliyinin üzvü Səyyarə Məmmədli “Dünyam türk dünyasıdır” adlı şeirini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.