MƏDƏNİYYƏT


“İLESAM”ın ilk nömrəsi çapdan çıxıb

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Bu günlərdə elm və ədəbiyyat jurnalı “İLESAM”ın (Türkiyə elm və ədəbiyyat əsəri sahiblərinin məslək birliyi) birinci nömrəsi işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyindən (AYB) AZƏRTAC-a bildirilib ki, jurnalın naşiri tanınmış türk şairi və ədəbiyyatçısı Mehmet Nuru Parmaksızdır. Onun “Birlik və bərabərlik” sərlövhəli məqaləsində Türkiyədə baş verən 15 iyul hadisələrindən bəhs edilir.

Jurnalda “Milli birliyin yenidən inşa”sı məqaləsində professor Ahmet Bican Ercilasun türk tarixindən söz açır. “Bənzəyərək birləşmək, şüurla bütünləşmək” adlı yazıda professor Sadiq Kamal Tural Türkiyə Cümhuriyyətinin qurulması dövrünü, bir neçə dövlətlə paralel aparılan müharibəni diqqət mərkəzinə çəkir, eyni zamanda, türk ziyalısının ümumi portretini cızmağa çalışır.

Jurnalda Mine Tokürəyin təqdimatında professor Nurullah Çətinlə maraqlı bir söhbət yer alıb. “Milli şüurun tarixi-sosioloji qaynaqları və 15 iyul çevriliş cəhdi” sərlövhəli yazıda professor İsmail Doğan türk tarixindən bəhs etməklə yanaşı hərbi çevrilişə cəhdin səbəb və nəticələrindən söz açır.

Professor Əbdülqədir Yuvalı “Fərdiləşmə-müasirləşmə milli birliyə gedən yolun açarıdır” məqaləsində müasir Türkiyədən, eləcə də dünyanın üzləşdiyi problemlər və onların həlli yollarından bəhs edir. Professor Ülkü Eliuz “Milli birliyin yenidən inşa”sında türk millətinin bəlli bir amal uğrunda birləşməsinin verəcəyi faydaları göstərir.

Dosent Ləvənd Bayraqdar “Milli varlıq ya da millilik üzərinə” məqaləsində fərd və cəmiyyət anlayışının izahını verməyə müyəssər olub.

Jurnalda doktor Hüseyn Yeniçəri, Hayrettin İvgin, doktor Hüseyn Ağca, Yəhya Akengin, Bekir Yeğnidemir, Hanifi İşık, professor Saim Sakaoğlu, doktor Tayfun Atmaca, Köksal Özençin məqalə və resenziyaları da yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.