QAN YADDAŞI


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kollektivi 20 Yanvar faciəsi qurbanların xatirəsini yad edib

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycanda baş verən Qanlı Yanvar faciəsindən 27 il ötür. Bu müddət ərzində şəhidlərin qəhrəmanlığı zamanın qan yaddaşına köçür, məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur.

AZƏRTAC xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, yanvarın 18-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə universitetinin tələbə və müəllimləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətənin qəhrəman oğul və qızlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüblər.

Ali təhsil müəssisəsinin akt zalında açıq dərs şəklində davam etdirilən tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Moskvadan gələn İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin nümayəndələri də iştirak edib.

Mərasimdə çıxış edən tələbələr ölümləri ilə qorxu hissini öldürən 20 Yanvar şəhidlərinin xatirəsinin heç zaman unudulmayacağını, doğma Azərbaycanımızda və eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən soydaşlarımızın qəlbində əbədi yaşayacaqlarını söyləyiblər.

Qeyd olunub ki, imperiya bu qəddarlığı ilə Azərbaycanın haqq səsini boğa bilmədi və şəhidlərimizin azadlıq, müstəqillik arzusu reallaşdı. Ulu öndər Heydər Əliyevin zəngin idarəçilik qabiliyyəti, siyasi uzaqgörənliyi sayəsində müstəqilliyimiz daimi oldu. Şəhidlərimizin qanı bahasına və xalqımızın iradəsi, Ulu Öndərimizin istər xarici, istər daxili siyasəti nəticəsində ölkəmiz bu gün dünyanın inkişaf etmiş ölkələri arasında öz layiqli yerini tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.