RƏSMİ SƏNƏDLƏR


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin, xalqın milli və mənəvi ənənələrinə, öz ölkəsinə və onun şanlı tarixinə görə yüksək qürur hissinin təcəssümünün bariz nümunəsidir.

Respublika Günü birliyin və dövlətin yorulmadan həyatın bütün sahələrində öz vətəndaşlarının tərəqqisinin, təhsilin, səhiyyənin və elmin inkişafının qeydinə qalmasının rəmzidir.

Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına səmimi qəlbdən möhkəm cansağlığı, uğurlar və firavanlıq arzu edirəm.

Hörmətlə,

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin